На странице можно скачать песню Dəli Yazar, Barss - Sən Utanma в хорошем качестве mp3 формата на телефон без регистрации. Слушать музыку Sən Utanma онлайн бесплатно или ознакомится с похожими песнями по жанру.

Текст песни Sən Utanma

Məni sal yadına gecələr yarım ay ulduzlara baxanda;
Bir yaz gecəsi zərif çiynin üstünə əğyar ədyal atanda;
Bizim qədər ayrı yazılmışsa bunu etmə yük vicdanına;
Bizi ayıran illər, ellər, onlar utansın, sən utanma!
Bu şəhər unutdurmadı ki, səni hey yadıma saldı.
Hər kəsə soyuq görsənib, içimdə od tutub yandım.
Nə qədər güclü olsam da, dərində yarıldı bağrım.
Səni silmək, bilirsən, necə gecə-günləri aldı?
Bu eşq bu ruha əzabdır, anladım, dadını daddım.
Gizlədib hər kəsdən dərdimi, hey ürəyimə saldım.
Qurulan xəyallarda sən gedərkən bir anda yandı.
Necə sən tutmadın sözünü, mən də pozdum o andı!
Bəlkə unutmusan, bilmirəm, düşmürəm yadına.
Səni mənə əvəz edə bilməz, heç kim çatmaz dadıma.
Heç vaxt səninlə keçən xatirələrimi unutdum sanma.
Bu can bu sevgi yolunda, inan ki, əsla usanmaz.
Kül edib yandırır həsrət, təki sən bu odda yanma.
Dözərəm mən, amma sən yad nəzərlərinlə dayanma.
Nə qədər Tanrıma yalvardım, onu əlimdən alma.
Bizi ayıranlar utansın, sən hisslərindən utanma.
Ölmək olmur ölənlə anladım, bəs niyə qalmadın sənlə qalanla;
Mən saqqalımda dənlər, sən saçında bəyazlarını boyatma;
Zaman necə uçur fəqət , sevda unudulmurki zamanla;
Bizi gözləməyən gedən zaman utansın amma sən utanma;
Məni sal yadına gecələr yarım ay ulduzlara baxanda;
Bir yaz gecəsi zərif çiynin üstünə əğyar ədyal atanda;
Bizim qədər ayrı yazılmışsa bunu etmə yük vicdanına;
Bizi ayıran illər, ellər, onlar utansın, sən utanma!
Məni sal yadına gecələr yarım ay ulduzlara baxanda;
Bir yaz gecəsi zərif çiynin üstünə əğyar ədyal atanda;
Bizim qədər ayrı yazılmışsa bunu etmə yük vicdanına;
Bizi ayıran illər, ellər, onlar utansın, sən utanma!

Комментарии

Помоги ресурсу - оставь свой отзыв о песне.
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Комментариев еще нет. Вы можете стать первым!